Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Ötən ay Azərbaycandan Gürcüstana 1,75 mln. dollar pul köçürülüb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.
Aylıq müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 6,7% artıb.
Aprel ayında Gürcüstandan Azərbaycana isə 1,14 mln. dollar köçürülüb ki, bu da aylıq müqayisədə 26,7% çoxdur.
Ötən ay qonşu ölkəyə xarici ölkələrdən, ümumilikdə, 137,1 mln. dollar pul daxil olub. Bu göstərici illik müqayisədə 12,6 mln. dollar və ya 10,1%çoxdur. 
 
Aktual.az
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR