“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə 20-26 mart tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək.


"Azəriqaz”dan Aktual.az-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və dayanıqlı təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli "Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur.

"Azəriqaz” bütün təbii qaz istehlakçılarını Novruz bayramı münasibətilə təbrik edir və Bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR