Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

 Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Məktubda deyilir: 
"Hörmətli Mehriban Arif qızı.
Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.
Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.
Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin".

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR