Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

 Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək, 2,3 kiloqramdan çox marixuana götürülərək qanunsuz dövriyyədən çıxarılıb.


Bu barədə  Aktual.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.  

 
Aktual.az
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR