"Peugeot" və "Citroen" avtomobilləri geri çağırılıb

  • DÜNYA

"Pejo Sitroen Rus" şirkəti Rusiyada 3 minə yaxın "Peugeot" və "Citroen" avtomobilini geri çağırıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu qərar avtomobillərdə bır sıra problemlərlə, əyləc sistemində və arxa qapıların bərkitmə sistemində qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək Rusiyada satılmış "Citroen C4 Aircross" və "Peugeot 4008" modellərinə şamil olunur.

Qeyd olunur ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
 
Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR