Bakı Metropoliteni işçi axtarır

Bakı Metropoliteni işçi axtarır

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir.
 
QSC-dən Aktual.az-a verilən məlumata görə, müraciət etmək istəyən iddiaçılara əsas tələblər aşağıdakı kimidir:
 
Tələblər:
 
• Ali təhsil (tələb olunan sahə üzrə);
 
• Yaş: 25-45;
 
• 3 ildən yuxarı iş təcrübəsi;
 
• Hərbi mükəlləfiyyətli;
 
• Rus və ingilis dilini sənədləşmə səviyyəsində bilməli;
 
• "Microsoft Office" proqramlarını istifadəçi səviyyəsində bilməli;
 
• İstehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarını tələblərə əsasən idarə olunmasını bilməli;
 
• dürüst və analitik düşünmə bacarığı olmalıdır.
 
Vəzifə öhdəlikləri:
 
• Ekoloji hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;
 
• Təhqiqat və monitorinqlərin aparılması;
 
• İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi;
 
• Həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması;
 
• Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
 
• Mikroiqlim laboratoriyasının işinə nəzarət etməsi;
 
• Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması
 
• Qeydlər və sənədləşmə işlərinin aparılması, müəyyən olunmuş müdddətdə hesabatların tərtib edilməsi.
 
İş rejimi: 09:00-18:00
 
İddiaçılar "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq” bölməsinə daxil olub "Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Xəbər 217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR