İsrailin müdafiə naziri vəzifəsinə namizədin adı açıqlanıb

İsrailin müdafiə naziri vəzifəsinə namizədin adı açıqlanıb
  • DÜNYA

Yəhudi Evi Partiyası İsrailin müdafiə naziri vəzifəsinə hazırda ölkənin təhsil naziri postunu tutan Naftali Bennetin namizədliyini irəli sürməyi planlaşdırır.

Bu barədə "Report" İsrail KİV-inə istinadən xəbər verir.
Qeyd olunur ki, partiya N.Bennetin müdafiə naziri təyin edilməsi məsələsini hökumətin mövcud olması üçün şərt kimi qoyub.
Daha əvvəl Aviqdor Liberman İsrailin müdafiə naziri vəzifəsindən istefa verib və Knessetə 21-ci çağırış seçkilərinin növbədənkənar qaydada yaxın zamanda keçirilməsinə çağırıb.
"Dövləti bir neçə aylıq iflic eləmək lazım deyil. Ümid edirəm ki, artıq noyabrın 18-dək hamı üçün uyğun olacaq növbədənkənar seçkilərin tarixi razılaşdırılacaq. Qoy seçicilər hansı siyasətin doğru olmasına qərar versin", - A.Liberman deyib.

Aktual.az
Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR