Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı
Mobil İnternet Provayderi "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq
görülüb.
Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu
"Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat
bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan
Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə
görə təqdim edilib.
Sınaq müddəti ərzində "Ookla” şirkəti ölkədə
ən sürətli mobil şəbəkəni müəyyən etmək məqsədilə Azərbaycanın bütün mobil
operatorlarının abunəçiləri tərəfindən iOS və Android platformalarında çalışan
cihazlardan "Speedtest” mobil əlavəsi vasitəsilə həyata keçirilmiş sınaqları
müqayisə edib. Nəticələrə əsasən, Bakcell şəbəkəsi bütün ölçülən kateqoriyalar
üzrə ən yüksək "Speedtest” ballarını toplayıb. Bununla da təsdiq edilib ki,
Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə
(latency time) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən
nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin
18 000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirilmiş 80 000 sınaq
(Speedtest platforması üzərindən) əsasında formalaşıb.
"Biz qürur duyuruq ki, şəbəkə sınaqları və təhlili
sahəsində dünya lideri tərəfindən şəbəkəmizin üstünlüyü bir daha da təsdiq
edilib. Bakcell şəbəkəsi ölkənin mobil telekommunikasiya bazarında ən sürətli şəbəkədir
və biz çox sevinirik ki, zəhmətimiz və gördüyümüz işlər abunəçilərimizə
rahatlıq və məmnunluq gətirməkdədir. Bu liderliyi qorumaq və xidmətlərimizi
daha da təkmilləşdirmək üçün əlimizdən gələni edirik. Bakcell bundan sonra da
bazarda ən üstün və ən sürətli mobil şəbəkə ilə yanaşı ən innovativ və misilsiz
müştəri təcrübəsini öz abunəçilərin ixtiyarına verməyə davam edəcək”, deyə
Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
Qeyd edək ki, sınaq müddəti ərzində hər üç
yerli mobil operatorun nəticələri müqayisə olunub və Bakcell şirkəti LTE funksiyalı
cihazlarda orta yükləmə sürəti 31.95 Mbps, orta məlumat göndərmə sürəti isə
11.75 Mbps olmaqla ümumi 27.93 bal (Speed Score™) toplayaraq ölkədə ƏN SÜRƏTLİ mobil
şəbəkə adını qazanıb.
""Speedtest Intellingence” məlumatları veb və
mobil "Speedtest” platformaları vasitəsilə milyonlarla abunəçi tərəfindən
aparılmış sınaqlar vasitəsilə əldə olunur. Azərbaycanın bütün provayderləri üzrə
məlumatlar ölkə ərazisində aparılan sınaqlara əsaslanaraq "Speedtest Intellingence”də
öz əksini tapır. Biz təsdiq edirik ki, həmin nəticələr "Bakcell”in "Azərbaycanın
ən sürətli mobil şəbəkəsi” olmasının bariz göstəricisidir. Bizim
metodologiyalarımız bütün dünyada telekommunikasiya sənayesinin standartı kimi
qəbul olunur və bununla da biz Bakcell şirkətinin bu mükafata tam layıq
olmasını bir daha təsdiq edir və Azərbaycanın ən sürətli mobil şəbəkəsi
statusunu qazanması münasibətilə Bakcell şirkətini təbrik edirik” deyə Ookla
şirkətinin baş direktoru Douq Suttles bildirib.
Speedtest.net – İnternetdən istifadə üzrə
bağlantı sürəti və gecikmə müddəti kimi əmsalların pulsuz təhlilini həyata
keçirən veb xidmətdir. Bu xidmət Ookla şirkəti tərəfindən 2006-cı ildən pulsuz
olaraq göstərilir. Bu günə qədər 21 milyarddan artıq sınaq ilə Ookla məlumatları
dünyanın bütün ölkələrini əhatə edir.
Ookla şirkətinin "Speedtest” mobil əlavəsi Google Play Store və App
Store mobil dükanlarından 100 milyon dəfədən çox yüklənib.
Xəbər 383 dəfə oxunub.