Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Sentyabr ayının 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Aktual.az-a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 10-u "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.
 
Aktual.az
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR