Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana olan borcu 7, 976 mln. dollar təşkil edir.

"Report”un yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Maliyyə Nazirliyi yayıb.
Qurumdan bildirilib ki, bu ilin avqustun 31-nə olan məlumata əsasən, qonşu ölkənin Azərbaycana borcu aylıq müqayisədə 0,37 mln. dollar azalıb.
Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 168,576 mln. dollardır ki, bu məbləğin 5 mlrd. 042, 451 mln. dolları hökumətin payına düşür.
Ölkənin ən çox Almaniya (279, 172 mln. dollar), Yaponiya (211, 046 mln. dollar) və Fransaya (195, 010 mln. dollar) borcu var.
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana borcu müvafiq olaraq 15,297 mln., 63,567 mln. və 9, 023 mln. dollar təşkil edir.
 
Aktual.az
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR