Çaylarda sululuq səviyyəsi açıqlandı

Çaylarda sululuq səviyyəsi açıqlandı

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aktual.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara çaylarında 30-70, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyulun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 68 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 34 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 51 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6 sm azalma, Salyanda 2 sm artım qeydə alınıb, Bankə və Araz çayının Novruzlu məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 sm (2017-ci il iyulun 20-də 320 sm), Şirvanda 147 sm (2017-ci il iyulun 20-də 165 sm), Salyanda 65 sm (2017-ci il iyulun 20-də 80 sm), Bankədə 171 sm (2017-ci il iyulun 20-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il iyulun 20-də 40 sm) təşkil edir.
Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR