AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi

AFFA-nın inzibati binasında İntizam Komitəsinin növbəti iclası keçirilib.

Aktual.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub:
- 12 mart 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun "Keşlə" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
- 14 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun "Turan Tovuz" - "Zaqatala" matçının 90-cı dəqiqəsində "Zaqatala" klubunun 9 №-li futbolçusu Osman Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
- 14 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun MOİK - "Binə" matçında MOİK komandasının heyətində cəzalı olan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 400 manat cərimə olunur.
- 14 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun "Mil-Muğan" - "Sabah" matçında "Mil-Muğan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur .
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR