2 milyonluq saatı oğurlanan Saleh Məmmədovun oğludur?

2 milyonluq saatı oğurlanan Saleh Məmmədovun oğludur?

Jurnalist Cavanşir Həsənli İspaniyada 2,2 milyonluq saatı oğurlanan şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 22 yaşlı oğlu Sübhan Məmmədli olduğu haqda məlumat yayıb.

 "Qafqazinfo” yayılan məlumatları dəqiqləşdirmək üçün AAYDA-ya müraciət edib.
Agentlikdən saytımıza bildirilib ki, bu məlumatların heç bir əsası yoxdur: "Onu yayanlar hardan bildilər ki, bu şəxs Sübhan Məmmədlidir? Tamamilə yalandır, belə bir şey yoxdur, cəfəngiyatdır.

Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmamış, Londondakı King’s College-də təhsil almamışdır. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür.
Göründüyü kimi bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir”.
Xatırladaq ki, "Daily Mail”in yaydığı məlumata görə, 22 yaşlı azərbaycanlı gənc İbiza adasında olarkən naməlum şəxs ona hücum edərək saatını alıb və ona bir-iki zərbə də vurub. Oğurlanan "Richard Mille” markasına aid "50-03 McLaren F1” model saatdan dünyada cəmi 75 ədəddir.
 
Aktual.az
Xəbər 1812 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR