19 yaşlı qız kollecdə diri-diri yandırıldı – Banqladeşdə

19 yaşlı qız kollecdə diri-diri yandırıldı – Banqladeşdə

19 yaşlı qız kollecdə diri-diri yandırılıb.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, mart ayında rəhbərin ona qarşı əxlaqsızlıq etdiyi üçün polisə müraciət edən Nusrat Jahan Rafi kollecin damında öldürülüb.
Hadisə Banqladeşdə baş verib. Qızın şikayətindən sonra qorxuya düşən müdir onun üstünə böhtan ataraq qızın kollecdə oğlanla cinsi əlaqədə olduğunu söyləyib və tələbələrə onu linç etməyi tapşırıb.
Olaydan 4 gün sonra onlarla oğlan və qız Nusrat Jahan Rafiyə hücum edərək, üzərinə kerosin töküb, yandırıblar.
Müdir məsələnin üstünü intihar adıyla bağlamaq istəsə də, sonradan işin üstü açılıb. İşə ölkənin baş naziri Şeyx Hasina da qarışıb. O, mərhumun valideynlər ilə görüşərək onun qatillərinin cəzasız qalmayacağını söyləyib.
Xəbər 106 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR