11 yaşlı uşaq universitet məzunu oldu: "Hədəfim ölümsüzlükdür"

11 yaşlı uşaq universitet məzunu oldu:

Belçikanın Ostende şəhərində dünyaya gələn Loran Simonsun IQ səviyyəsi 145-ə bərabərdir.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, 11 yaşlı oğlan Anvers Universitetinin Fizika fakültəsinin üç illik proqramını bir ilə tamamlayaraq ali məktəb məzunu olub.

O, hədəfinin əbədi həyat olduğunu bildirib.

"Hədəfim ölümsüzlükdür. Bədənimizin mümkün qədər çox hissələrini mexaniki vasitələrlə əvəz etmək istəyirəm. Bunun yolu isə kvant fizikasından keçir”, - deyə vunderkind bildirib.

Qeyd edək ki, hazırda dünyanın ən gənc universitet məzunu adını 10 yaşında ikən ABŞ-ın Alabama Universitetini bitirən Maykl Kerni daşıyır.

Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR