“10 min manat verib saxta partiya arayışı alanları Avropadan Azərbaycana qaytarırlar”

“10 min manat verib saxta partiya arayışı alanları Avropadan Azərbaycana qaytarırlar”

"Azərbaycanda saxta partiya arayışı ilə Avropa gedən insanların böyük əksəriyyəti geri qaytarılır. Bu ilin ilk 3 ayı ərzində Almaniyaya sığınmış 1564 nəfər azərbaycanlı geri qaytarılıb. Bu adamlar Əli Kərimliyə və digər partiya sədrlərinə pul ödəməklə özlərinə partiya üzvü olmasına dair saxta arayışlar alıb gedirlər Avropanın müxtəlif ölkələrinə. Və düşünürlər ki, bununla da Avropada yaxşı yaşamaq təminatını qazanmış olurlar. Özü də bu arayışa aşağı yuxarı 5-10 min manat pul verirlər".


 Bu açıqlamanı Aktual.az saytına Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Avropa mühacirlərlə bağlı çox kəskin qanun qəbul edilib. Avropaya mühacir adı ilə gedənlərin 90% yuxarı şəxsləri öz vətənlərinə qaytarırlar. Azərbaycanda bu işlə məşğul olan şəxslər dəfələrlə ifşa olunub: " Bir necə gün qabaq "Meydan” tv-nin jurnalisti olan və Avropada yaşayan Orxan Məmməd adlı şəxs sosial şəbəkədə açıq şəkildə bununla bağlı məlumat paylaşıb. Artıq özləri etiraf edir ki, 10 min manat pul verib saxta partiya arayışı alıb Avropaya gəlməyin, sizləri geri qaytraracaqlar. Dəhşət budur ki, bəzən aldadılmış şəxslər özlərinə qəsd etməklə həyatlarını itirirlər. Orxan Məmmədlinin yazdığına görə, Hollandiyadan deportasiya qərarı verilmiş Fikrət Mahmudov adlı azərbaycanlı müvəqqəti yaşadığı kampda qollarını kəsərək intihar edib. Polislər onu Azərbaycana göndərmək üçün gəlibmiş, Fikrət qayıtmaq istəməyib. İndi isə bir neçə günə cənazəsi göndəriləcək. Bu artıq neçənci belə hadisədir son aylar. Adamları gətirənlər elə ümid verir ki, oturum alacaqlarından yüz faiz əmin olurlar. Bu adam açıq şəkildə müraciət edir ki, yaxınlarınıza, dostlarınıza da deyin. İnsan alverçilərinin məqsədi yalnız puldur, onların nə vecinə sənin qırılan ümidlərin, dağılan həyatın. Miqrantlarla bağlı qanunlar son 2 ildə çox sərtləşib. Heç 15 nəfərdən birinə vermirlər. Niyə bu qədər adama yalan danışıb, 5-10 min pulunu alıb, sonra həyatını məhv edirsiniz?!. Bütün bu fikirləri Avropa yaşayan şəxs dilə gətirir. Əli Kərimlinin, Fikrlər Hüseynlinin, Qənimət Zayidovun tələrinə düşən adamlar günü-gündən artmaqdadır”.

 
Aktual.az
Xəbər 2684 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR