“1-2 məhsulun qiymətinin kəskin artması inflyasiya deyil” – DSK sədr müavini

“1-2 məhsulun qiymətinin kəskin artması inflyasiya deyil” – DSK sədr müavini

"İnflyasiya 520 mal və məhsulun orta qiyməti artımıdır. Sizin gördüyünüz hansısa məhsul və xidmət həmin 520 məhsul və xidmətdən biridir”.

Bunu "Report”a açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Rauf Səlimov deyib.
O, bu barədə Komitənin açıqladığı qiymət artımı göstəricisinin reallığa uyğun gəlməməsi ilə bağlı vətəndaşların ittihamlarına münasibət bildirərkən danışıb.
R.Səlimovun sözlərinə görə, təmsil etdiyi qurum ölkə üzrə orta inflyasiyanı hesablayır və bu səbəbdən də vətəndaşların gördükləri ilə rəsmi dinamika arasında fərq yaranır: "Hazırda 5 043 məntəqədə mal və xidmətlərin qeydiyyatı aparılır. Yəni bizim açıqladığımız rəqəm bütün rayonlar üzrə orta rəqəmdir. Təbii ki, siz hər-hansı 1-2 məhsulun qiymətinin kəskin artmasını görə bilərsiniz. Amma bu inflyasiya deyil. O, həmin məhsulun qiymətinin artımıdır. Bununla yanaşı, mən sizə digər məhsulların qiymətinin də aşağı düşməsini, yaxud bu səviyyədə olmamasını misal gətirə bilərəm. Ona görə də inflyasiya dedikdə 520 mal və xidmətin qiyməti üzrə ümumiləşdirilmiş göstərici nəzərə alınır”.
DSK rəsmisi ölkədə süni qiymət artımının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyünü də deyib: "Güman edirəm ki, maaşların artımı süni qiymət artımı ilə nəticələnməyəcək. Yanvar-avqust aylarında inflyasiya 2,6% olub, halbuki bu rəqəm yanvar-iyul aylarında 2,7% idi. Mövsümlə əlaqədar avqustda iyula nisbətən meyvə-tərəvəz ucuzlaşdı. Bu və bir sıra amillərə görə burda 0,1 faiz bəndi azalma gördük. Güman etmirik ki, inflyasiya sürətlənəcək”.
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR