" Torpaqların sahibləri qayıdıb!" - “Hər şeyi yenidən quracağıq"


"Vəhşi düşmən keçib bu torpaqlardan. Dağıdıb ki, heç vaxt Azərbaycan əhalisi bura qayıtmasın. İnşallah hamımız qayıdacağıq. Hər şeyi dağıdıblar.
Orda artıq Azərbaycan bayrağı ucaldılıb. Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Amma rədd elədik onları. Qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdıb”.
Aktual.az xəbər verir ki, bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
"Baxın ağacları necə qırıblar! Baxın, vəhşi düşmən neynəyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var. Unikal meşələri var”, - deyə Ali Baş Komandan əlavə edib.
Qubadlı rayonunun Xanlıq kəndinə səfər edən zaman isə Prezidenti İlham Əliyev deyibki, xaricdə yaşayan ermənilər cinayət törədiblər: "Bizim torpaqlarımızda xaricdə yaşayan erməniləri gətirib, məskunlaşdırıblar. Xanlıq qəsəbəsində azərbaycanlıların evlərini söküb, ondan sonra ermənilər üçün evlər tikiblər.
Bu da bizim qəhrəman əsgərlərimizin adları. Öz adlarını yazıblar bu evlərin üzərində. Biləsuvar, Şabran, Sabirabad, Şuşa, Oğuz. 
 Qanunsuz məskunlaşma budur. Bu da ermənilərin növbəti maşınları.
Hər şeyi yenidən quracağıq yolları da, bütün digər infrastruktur layihələrini yenidən quracağıq...

...Baxın, Qubadlı şəhərini nə günə qoyub düşmən. Bütün binalar dağıdılıb. Ancaq özləri üçün hərbi hissə tikiblər. Baxın, bu da Qubadlı şəhəri. Şəhərin girəcəyində ermənilər hərbi baza tikiblər.
Gün də çıxdı. Təbiət də bizi alqışlayır, salamlayır. Sahibləri gəlib bu torpağa.

Görün nə gündədir Qubadlı şəhəri. Nə günə qoyub düşmən bizim şəhərimizi”, - deyə dövlət başçısı Qubadlı rayonunda bildirib.
Xəbər 199 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR