“Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir “

“Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir “

Niyaməddin Orduxanlı : "Dövlət strukturlarında çalışan məmurlar daha məsuliyyətli olmalıdır, tətəndaşlarla intensiv görüşlər keçirməlidir. Hər bir vətəndaşın hüquqlarını qorumalıdır. İmkan verilməməlidir ki, təxribatçı şəxslər nədənsə istifadə etsin!”
 
« Cənab prezident İlham Əliyevin Gəncə hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi iclasdakı kəskin mövqeyi bir daha sübut etdi ki, müstəqil Azərbaycanın dövlət maraqlarına əl uzadanlar üçün heç bir güzəşt olmayacaq! Qanunla ən sərt formada terrorçularla, ölkənin sabitliyini pozmağa cəhd edənlərlə, cəmiyyətdə qorxu, xof yaratmağa cəhd edənlərlə davranılacaq. Ölkə rəhbərliyi də açıq şəkildə bildirdi ki, baş vermiş Gəncə hadisələri müxtəlif xarici mərkəzlərdən idarə olunan bir təxribatdır. Birmənalı şəkildə Azərbaycan cəmiyyəti də bu cür təxribatları pislədi.» bu açıqlamanı Aktual.az saytına BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, xalq çox gözəl bilir ki, ölkənin cabitliyi toxunulmazdır: " Sabitliyimizin göz bəbəyimiz kimi qorunmalıdır! Hansı ölkədə problem yoxdur? Dünyanın ən çox inkiaşf etmiş ölkələrdə belə problemlər var. Təbii ki, məmuların ən başlıca fəaliyyəti mövcud problemləri aradan qaldırmaqdır. Ancaq təxribatçı qüvvələr , aranı qarşıdırmaq üçün hər cür şayələr yaymaqdadır. Hər cür təxribatlara əl atdılar. Bunlar öz çirkin məqsədlərini həyata keçirtmək niyyətindədir. İndiki mərhələdə hər kəs baş vermiş hadisəyə həssas yanaşmalıdır. Xüsusi məmur təbəqəsi imkan verməməlidir ki, dövlət maraqlarımızı sevmiyən bir qrup daxili satqınlarla birləşib, təxribat yaysınlar. Görürsünüz ki, aparılan kampaniya əsasən məmurların fəaliyyəti ilə bağlıdır. Bütün halllarda cənab prezidentin məmurlara hər zaman tapşırıqları o olub ki, xalqın xidmətçisi olun! Özünüzü əlahəddə status sahib kimi aparmayın! Özbaşınalığa yol vermək olmaz! Korrupsiyaya, rüşvətxorluğa imkan verilmələlidir! Xalq hər zaman görür ki, prezidentin bütün müşavirələrdə məmurların qarşısına qoyduğu bir nömrəli tapşırıqlar bu olur! Xalq çox yaxşı bilir ki, bu gün ölkədə ən çox problemlərdən danışan da məhz prezident İlham Əliyevdir! Haradakı problemlərimiz var və bu problemlərin aradan qaldırılmasının həlli üçün çalışan da odur. İlham Əliyev bütün imkanlarını səfərbər edir ki, ölkəmizin üzləşdiyi mövcud problem aradan qaldırsın. Bütün məmurlar da yerlərdə problemlərin həllinə çalışmalıdır. Bu gün dövlət strukturlarında çalışan məmurlar daha məsuliyyətli olmalıdır, tətəndaşlarla intensiv görüşlər keçirməlidir. Hər bir vətəndaşın hüquqlarını qorumalıdır. İmkan verilməməlidir ki, təxribatçı şəxslər nədənsə istifadə etsin! Gəncə icra hakimiyyətinin rəhbəri Elmar Vəliyevə qarşı törədilən hadissə bir başa terrrordur. Xalqımız da qorxu hissini yaşatmaq arzusundadırlar. Din adı altında cəmiyyətdə xaos yaratmağa cəhdd edirlər. Ancaq heçnəyə nail olmayacaqlar. Hər kəs bilməlidir ki, dövlətimizin maraqlarını qorumaq bizim şərəf işimizdir! Kimsə də bizim dövlət maraqlarımıza əl uzadacaqsa, onların kökünü kəsmək lazımdır. Bunu da xalq edəcək!”
Xəbər 717 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR