Özünü güllələyən polis zabiti xəstəxanada öldü

Özünü güllələyən polis zabiti xəstəxanada öldü

İyunun 30-da Bakıda özünü güllələyən polis əməkdaşı xəstəxanada dünyasını dəyişib.

Trend-in məlumatına görə, polis leytenantı Rüfət İsmayılov iyulun 4-də axşam saatlarında müalicə olunduğu Baku Medical Plazada dünyasını dəyişib.
Mərhumun meyiti artıq ailəsinə təhvil verilib.
Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı olan R.İsmayılov iyunun 30-da özünü güllələmişdi.

R.İsmayılovun silahla ehtiyatsız davrandığı üçün özünü güllələdiyi bildirirlir.
Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunsa da, vəziyyəti pisləşdiyindən yaxınları onu müalicəsinin davam etdirilməsi üçün Baku Medical Plazaya köçürmüşdülər.

Aktual.az
Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR