Ziqmund Freydin qadın, məhəbbət və seksuallıq haqqında 20 sitatı

Ziqmund Freydin qadın, məhəbbət və seksuallıq haqqında 20 sitatı

"Psxoanalizin atası" sayılan Z.Freydin doğum günü zehnini aydınlaşdırmaq, özünü dərk etmək üçün gözəl bəhanə ola bilər.

Publika.az bu gün Freydin doğum günü olması münasibətilə 20 dahiyanə aforizmini xatırlayıb.
"Biz bir-birimizi təsadüfi seçmirik... Biz artıq şüuraltımızda mövcud olan şəxslə qarşılaşırıq".
"İnsan zahirən nə qədər qüsursuz görünürsə, onun içində bir o qədər cin var".
"Hər bir insanın heç kəsə demədiyi arzusu, hətta özünə də etiraf etmədiyi istəkləri var".
"Ər demək olar ki, həmişə sevimli kişinin əvəzləyicisidir, həmin kişinin özü deyil”.
"Çoxunu sevən biri qadınları yaxşı tanıyır, birini sevən isə sevgini öyrənir”.
"İnsan heç vaxt heç nədən imtina etmir, sadəcə zövqlərini başqası ilə dəyişir”.
"Cinsəl məmnunluq ən yaxşı yuxu dərmanıdır".
"O insan cəsarətli və qətiyyətli olur ki, sevildiyindən əmin olur”.
"Niyə biz hər ay başqa birinə aşiq olmuruq? Çünki hər ayrılıqdan sonra biz öz ürəyimizin hissəciklərindən məhrum olardıq".
"Bizim bütün hərəkətlərimizin əsasında iki motiv dayanır: Dahi olmaq istəyi və cinsəlliyə meyil".
"Sevgi münasibətlərində bir-birindən ehtiyat etmək olmaz, çünki bu, yalnız soyuqluğa gətirib çıxara bilər. Əgər çətinliklər varsa, onları dəf etməliyik".
"Heç bir kişi birlikdə olmaq istəməyəcəyi bir qızla yaxın yoldaş olmaq istəməz”.
"Hələ cavabı tapılmamış və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istər?”
"Həyatın mənşəyində duyğular vardır, duyğuların da təməli eşqdir”.
"Qadın kişini yüngülləşdirməlidir, zəiflətməli deyil".
"Sevgi xəcalət hissindən qurtulmaq üçün ən sınanmış üsuldur”.
"Biz ona görə daha çox çalışırıq ki, əzabı özümüzdən yayındıraraq, zövq almaq üçün deyil”.
"Əldə edə bilmədiyini arzulamaq və qiymətləndirmək insana xas xüsusiyyətdir”.
"Sevgi özü özlüyündə iztirabdır, o, özünə əhəmiyyət hissini azaldır, ancaq qarşılıqlı məhəbbət və sevimli obyektə yiyələnmək duyğusu onu yenidən artırır".
"Yalnız uşaqlıq arzularının gerçəkləşməsi xoşbəxtlik gətirə bilər".
 
Aktual.az
Xəbər 221 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR