Zeynəb Xanlarovadan MÜHARİBƏ ÇAĞIRIŞI: "Nəyi gözləyirik?"

Zeynəb Xanlarovadan MÜHARİBƏ ÇAĞIRIŞI:

"Bizim torpalqarımız işğal edilib, o vaxtdan bəri də şəhid veririk. Bundandırsa, gəlin müharibə edək, torpağımızı alaq. Nəyi gözləyirik?"
 
APA-nın məlumatına görə, bunu bu gün Mİlli Məclisin iclasında deputat Zeynəb Xanlarova deyib.
 
"Onsuz da hər ay nə qədər şəhid veririk. Birdəfəlik ya ölək, ya qalaq.  Müharibə edək, bitsin bu məsələ. Biz ki, onların torpağını almamışıq? Onlar bizim torpağımızı işğal ediblər. 25-30 ildir, Milli Məclisdə oturmuşam, ancaq elə danışırıq. Məsəl var, "Dəyirman öz işindədir, çax-çax baş ağırıdır". Nə qədər balalarımız öləcək, nə qədər analar göz yaşı axıdacaq?" deyə, millət vəkili əlavə edib.
 
O, ATƏT-in Minsk Qrupunu da tənqid edib: "Biz haqqımızı almaq üçün kimdənsə icazə almalıyıq? Əgər mənim evimə basqın ediblərsə, sakit nə qədər dayanıb gözləyəcəm? Bəli, mən sülh adamıyam, istəmərəm müharibə olsun. Amma biz torpaqlarımızı geri almalıyıq".
 
Aktual.az
Xəbər 2216 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR