Özəl ali məktəblərdə boş qalan plan yerlərinin sayı açıqlandı

Özəl ali məktəblərdə boş qalan plan yerlərinin sayı açıqlandı

Bu il Azərbaycanda özəl ali məktəblərə qəbul olan (I mərhələ üzrə) abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2017/2018-ci tədris ili üzrə 6245 plan yerinə 3666 nəfər qəbul olub. Onlardan 3506-sı Azərbaycan, 160-ı Rus bölməsinin məzunlarıdır.
Özəl ali məktəblərə qəbul olan 3666 nəfərin 437-si I, 1665-i II, 1408-I III, 108-I IV, 48-I isə V ixtisas qrupunu seçib.
Bu il özəl ali təhsil müəssisələrinə qəbul olma faizi 58.70% olub (44.82%-i I, 52.61-i II, 81.39%-i III, 40.00%-i IV, 45.71%-i isə V qrup üzrə). Qəbul imtahanlarının I mərhələsinin nəticələrinə əsasən, özəl ali məktəblərdə 2579 (41.30%) vakant yer qalıb. (apa)
 
Aktual.az
Xəbər 213 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR