Özbəkistan prezidenti Azərbaycana səfərə gələcək

Özbəkistan prezidenti Azərbaycana səfərə gələcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfər edəcəyi gözlənilir.

Aktual.az Report-a istinadən xəbər verir ki, məlumatı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev verib.
"Bilirsiniz, keçən il faciəvi hadisə baş verdi. Özbəkistanın ilk prezidenti İslam Kərimov vəfat etdi. Biz onun səfərinə hazırlaşırdıq.
Ancaq bu hadisə planlarımızı pozdu. Sonradan biz Özbəkistanın yeni prezidentinə Azərbaycana səfər etmək təklifi ilə məktub təqdim etdik və təklif minnətdarlıq hissi ilə qəbul olundu. Səfərin bu il baş tutacağı açıqlandı", - H.Quliyev vurğulayıb.
Ölkələr arasında ikitərəfli əlaqələri şərh edən səfir münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib.
 
Aktual.az
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR