Zaqatalada maşın qaçıran şəxs saxlanıldı

Zaqatalada maşın qaçıran şəxs saxlanıldı

Zaqatala rayonunda həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib.
Məlumata görə, Zaqatala rayon sakini Nərman Şahid oğlu İsayev ona məxsus "VAZ-2106” markalı 62 BF 068 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində Nərman İsayevə məxsus maşını dekabrın 7-dən 8-nə keçən gecə elə onun həmyerlisi Elnur Məmməd oğlu Novruzovun qaçırması məlum olub. Tədbir nəticəsində Elnur Novruzov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR