Zaqatalada ağır qəza: 1 ailənin 3 üzvü yaralandı

Zaqatalada ağır qəza: 1 ailənin 3 üzvü yaralandı

Zaqatalada baş verən yol qəzasında biri azyaşlı olmaqla, bir ailənin üç üzvü xəsarət alıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə martın 7-i axşam saatlarında rayonun Zaqatala-Muğanlı avtomobil yolunda baş verib.
Rayonun Dağlı kənd sakini, 1978-ci il təvəllüdlü Rüstəm Teyyub oğlu Muradovun idarəetdiyi "VAZ 2109" markalı 10 XM 958 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhər sakini, 1990-cı il təvəllüdlü Saleh Məmmədəli oğlu Məmmədovun idarə etdiyi "VAZ 2108" markalı 62 BK 718 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
Qəzadan sonra "VAZ 2109" markalı avtomobilin  sürücüsü Rüstəm Muradov, onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Aynur Ramazan qızı Muradova və ailənin azyaşlı övladı 2012-ci il təvəllüdlü Renad, "VAZ 2108" markalı avtomobilin sürücüsü Saleh Məmmədov və onun sərnişini rayonun Yuxarı Tala kənd sakini 1964-cü il təvəllüdlü Hacıömər Məhəmməd oğlu Əlicanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan Rüstəm Muradov və Aynur Muradovanın müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Digər yaralıların vəziyyətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbər 169 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR