Yüzdən artıq kənd su ilə təchiz olunacaq

Yüzdən artıq kənd su ilə təchiz olunacaq

"Azərsu" ASC respublikanın 11 rayonunun 103 kəndində su təchizatı sisteminin qurulması işlərinin satın alınması məqsədilə açıq tender elan edir.
 
"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tender iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.
 
Həmin təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu
meyarlarına üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına və texniki göstəricilərə malik olmalıdırlar.
 
Tenderdə iştirak haqqı 500 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.
 
Ödəniş sənədində məqsədli maliyyələşdirmə olması göstərilməlidir.
 
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra
90 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
- iddiaçının son 3 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri;
- Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq, oxşar tikinti-quraşdırma
işlərinin yerinə yetirilməsi üzrə verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı.
 
Sənədlər Azərbaycan dilində, 3 nüsxədə (1 əsli və 2 surəti) tərtib olunmalıdır (xarici
dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
 
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və
bank təminatı istisna olmaqla) 23 iyun 2017-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 6 iyul 2017-ci il saat 18:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən "Azərsu" ASC-nin Satınalmaların Təşkili və İdarə Olunması Departamentinə təqdim etməlidirlər.
 
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İştirakçıların təklifləri Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvandakı "Azərsu” ASC-də 7 iyul 2017-ci il saat 15:30-da açılacaq.
 
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
 
Aktual.az
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR