Yuxuya nəzarət edən “ağıllı” üzük yaradıldı

Yuxuya nəzarət edən “ağıllı” üzük yaradıldı

Kiçik kapsulun içərisinə yerləşdirilmiş çoxsaylı sensor yuxu zamanı insan haqda məlumatları toplayır. Bunun üçün, sadəcə, yatmazdan öncə "Go2sleep” qurğusunu barmağa taxmaq lazımdır. "Ağıllı” üzük yuxunun keyfiyyətini qiymətləndirmək üçün daima ürək ritminə, qanda oksigenin miqdarına, arterial nəbz siqnalının gücünə nəzarət edir. Bütün məlumatlar sadə süni intellekt vasitəsilə emal olunur.
Aktual.az ICTnews
-a istinadən xəbər verir ki, cihaz yuxu ilə bağlı mümkün problemləri müəyyənləşdirməyə kömək edir.
Sözügedən üzük apnoe xəstəliyi barədə xəbərdarlıq edir. Bu xəstəlik yuxu zamanı insanın çətin nəfəs alması ilə bağlıdır, nəticədə insan yuxuya gedə bilmir, baş ağrılarından əziyyət çəkə, boğula və xoruldaya bilir.
"Go2sleep” qurğusu "Bluetooth” texnologiyasının köməyi ilə smartfona qoşulur və yuxu haqda məlumatları mobil proqrama ötürür. "Ağıllı" üzük şarjsız 3 gecə işləyir.
"Go2sleep” qurğusunun ilkin sifariş qiyməti 89 dollar təşkil edir.


Aktual.az
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR