Yuri Polyakov: Bakı teatrlarının səhnələrində rus dilində daha doğru danışırlar

Yuri Polyakov: Bakı teatrlarının səhnələrində rus dilində daha doğru danışırlar

"Rusiya və Azərbaycan teatrlarının qarşılıqlı qastrollarını dövlət işinə çevirmək lazımdır”.

Aktual.az-ın Report-a istinadla məlumatına görə, bunu "Ədəbi qəzet”in baş redaktoru Yuri Polyakov "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” konfransında deyib.
"Şəxsi səviyyədə, biz - mədəniyyət xadimləri hər zaman azərbaycanlı həmkarlarımızla əlaqələri saxlamışıq. Məsələn, mən Kamal Abdulla (Azərbaycan Dillər Universitetinin rektoru - red.), Çingiz Hüseynov (yazıçı, mədəniyyətşünas - red.) ilə yaxın dostam. "Ədəbi qəzet” bütün bu illər ərzində Azərbaycan ədəbiyyatında baş verənləri izləyib”, - Y.Polyakov bildirib.
O xatırladıb ki, Rusiyada Azərbaycan ədəbiyyatına dair xüsusi "Ros-Turan” əlavəsi işıq üzü görüb: "O, Azərbaycan ədəbiyyatının zirvələrində idi. Orada Azərbaycan ədəbiyyatının klassiklərinin rus dilinə tərcümə edilmiş əsərləri çap edilirdi. Həmişə demişəm ki, başqa dil mədəniyyətində yaradılmış əsərlərin rus dilinə tərcümə edilməsi rus dilinin özünün zənginləşməsinə xidmət edir”.
Y.Polyakov bu yaxınlarda Bakıda Rus Dram Teatrının repertuarına onun "Xalam-bundu” komediyasını saldığını xatırladıb.
"Bildiyimə görə, komediya uğurla səhnələşdirilir. Qeyd etmək istəyirəm ki, bir çox Moskva teatrları ilə müqayisədə Bakı teatrlarının səhnələrində rus dilində daha doğru danışırlar”, - deyə "Ədəbi qəzet”in baş redaktoru bildirib.
 
Aktual.az
Xəbər 927 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR