Yunanıstanın Krit adasında qum qasırğası tüğyan edir.
Aktual.az Trend-ə istinadən bildirir ki, Şimali Afrikadan gəlmiş qasırğa adanın mərkəzi hissəsinədək çatıb
Qum qasırğası ilə əlaqədar ada rəhbərliyi sakinlərə açıq havada olarkən xüsusi maska ilə gəzməyi, uşaqlara və 65 yaşdan yuxarı şəxslərə küçəyə çıxmamağı tövsiyə edib.
Həkimlər qum dənəciklərində qurğuşun, sink, xrom kimi zərərli maddələrin ola biləcəyini istisna etmir.
Xəbər 318 dəfə oxunub.