Yükdaşıma qiymətləri artıb

Yükdaşıma qiymətləri artıb

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,4 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Aktual.az-a verilən məlumata görə, cari ilin mart ayında fevral ayına nisbətən yükdaşıma qiymətləri 2,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 4,5 və 2,7 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 2,7 faiz, dəniz nəqliyyatında 3,0 faiz azalıb, avtomobil nəqliyyatında 8 faiz artıb.

Ölkədaxili yükdaşıma qiymətlərinin isə sabit qaldığı bildirilir.
 
Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR