Yük avtomobillərinin istehsalı dayanıb

Yük avtomobillərinin istehsalı dayanıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu, eləcə də yarımqoşquların istehsalı sahələrində 19,4 mln. manatlıq məhsul istehsal edilib.

Aktual.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 66,2% azalıb, digər nəqliyyat vasitələrinin istehsalı 25,6% artıb.

Belə ki, bu ilin mart ayının 1-nə 121 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb. Bu ilin iki ayı ərzində ölkədə yük avtomobili istehsalı olmayıb.

Bundan başqa, bu ilin iki ayı ərzində 370 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da əvvəlki ilin 2 ayı ilə müqayisədə 37 dəfə çoxdur. Nəticədə bu ilin martın 1-nə 204 ədəd hazır məhsul ehtiyatı yaranıb. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda traktor istehsal edilməyib.
 

Aktual.az  

Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR