"YouTube" proqramında videonu avtomatik işə salan funksiya tətbiq ediləcək


"Google" şirkəti "YouTube" proqramında tez-tez yeni funksiyaları sınaqdan keçirir. Bu dəfə internet nəhəngi çarxların avtomatik işə salınmasını yoxlayıb. Bu haqda "Androidcentral" nəşri yazır.

Aktual.az ICTnews-a istinadən xəbər verir ki, indi "Əsas" vərəqindəki video avtomatik olaraq səssiz şəkildə, amma subtitrlərlə birgə işə salınacaq. Videoçarx lap əvvəldən başlayacaq və istifadəçi onu izləyənədək davam edəcək.
İstifadəçinin icazəsi olmadan avtomatik işə salınan videolar, adətən, narahatçılıq yaradır, amma "YouTube"da bu funksiya yaxşı realizə olunub. Səsin əvəzinə subtitrlərdən istifadə edilməsi faktı sözügedən funksiyanı daha az yorucu edir. Bundan başqa, istəkdən asılı olaraq, bu funksiyanı istənilən an deaktiv etmək olar.
 
Aktual.az
Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR