Yol polisi reyd keçirdi

Yol polisi reyd keçirdi

Noyabrın 16-dan etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulub.
 
Həmin tarixdən  yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndirilib və bu istiqamətdə müvafiq tədbirlər görülür.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə,  Şirvan ŞPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən də bu istiqamətdə tədbirlər həyata keçirilib.
Bu gün  bir neçə saat ərzində keçirilən reyd zamanı  avtomobillərinin arxa yan şüşələrinə qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüz vuran, sürət həddini aşan, ötmə,  qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə, barələrində protokollar tərtib  edilib. 
Şirvan şəhəri ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.
Yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.
 
Aktual.az
Xəbər 214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR