Yıldırım dünya çempionu Ramil Quliyevi təbrik etdi

Yıldırım dünya çempionu Ramil Quliyevi təbrik etdi
  • İDMAN

Türkiyənin baş naziri Binəli Yıldırım 200 metr məsafəyə qaçışda dünya çempionu olan Ramil Quliyevi təbrik edib.

Aktual.az  xəbərinə görə, Trend bu barədə Türkiyə baş nazirinin administrasiyasına istinadən məlumat verib.
R.Quliyev karyerasında ilk dəfə dünya çempionu adını qazandıqdan dərhal sonra onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik etmişdi.
Qeyd edək ki, Türkiyəni təmsil edən R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 20,09 saniyə nəticə göstərərək yarışın favoriti hesab olunan niderlandlı Vayde Van Nikerki qabaqlayaraq dünya çempionu adını qazanıb.
 
Aktual.az 
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR