Yevlaxda BƏDBƏXT HADİSƏ - Çaya baş vuran oğlanın boynu qırıldı

Yevlaxda BƏDBƏXT HADİSƏ - Çaya baş vuran oğlanın boynu qırıldı

Yevlaxda çayda çimmək istəyən şəxsin başına bədbəxt hadisə gəlib.

”Report” xəbər verir ki, hadisə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.
Yevlax şəhəri, Şəhriyar küçəsi, 32 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əsədov Ravil Niyaz oğlu dostları ilə Kür çayı sahilində istirahət zamanı suya baş vurub. Bu zaman onun başı suyun dibində olan daşa dəyib.
Hərəkətsiz və huşsuz vəziyyətdə olan R.Əsədov ətrafdakıların köməkliyi ilə sahilə çıxarılaraq xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralının boynunun qırıldığı müəyyən edilib. Yaralının boyun nahiyəsində 5-7-ci fəqərələr qırılaraq yararsız vəziyyətə düşüb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağırdır.
 
Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR