Yeni model “iPhone” istehsalında texniki problem yaranıb

Yeni model “iPhone” istehsalında texniki problem yaranıb

Yeni model "iPhone” istehsalçısı texniki problemlərlə üzləşib. 

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın "Wall Street Journal” nəşri bu haqda məlumat yayıb. "Apple” şirkətinin smartfonu OLED displeylə təchiz ediləcək.

Bu, LED və LCD ekranlardan onunla fərqlənir ki, öz şəxsi rəngi ilə işıq saçır, piksellərin rənginin işıqlanması ilə deyil. Bunun üçün də OLED pikselləri "emissive” və ya "işıqlanan” adlandırılır. 

Displeyin parlaqlığına piksellə nəzarət olunur, LED/LCD ekranlarda isə belə funksiya yoxdur. 

"Apple” mütəxəssisləri "Home” düyməsinin OLED displeylə birləşməsində problemlə üzləşiblər. Belə ki, bu OLED ekran bütün qabaq paneli tutur. "TouchID” skaneri orqanik işıq diodu səbəbindən işləməyən vəziyyətdə qalır.
 
Aktual.az
Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR