Yeni doğulmuş körpələrdə doğru bildiyimiz yanlışlar

Yeni doğulmuş körpələrdə doğru bildiyimiz yanlışlar

Publika.az bildirir ki, saglamolun.az saytında pediatr Gülnar Abdullayevanın maraqlı məsləhətləri yer alıb. Həmin yazını öz oxucularımıza təqdim edirik.
1.Uşağın əmgəyi böyükdür
- Uşaqlarda əmgəyin ölçüsü bizim üçün çox önemli deyil. Belə ki, əgər baş çevrəsi hər ay böyüyürsə və ölçüləri yaşına uyğundursa, narahatçılıq üçün səbəb yoxdur və Calsium preparatına ehtiyac yoxdur.
2. Uşağın əmgəyi balacadır və kəllədaxili təzyiqi vardır
- Yuxarıda qeyd etdiyim kimi, başın çevrəsi ayına uyğundursa, narahat olmağa dəyməz. Başın çevrəsi həm də orda mövcud olan tikişlər hesabına böyüyür. 6 ayına qədər uşaqlarda gözündə çəplik, tez-tez dilini çölə çıxartma, alt çənədə əsmə, dərinin mərmərvari rəngdə olması normaldır. Bu kəllədaxili təzyiqin, hipoksiyanın əlaməti deyil, heç bir müalicə tələb etmir və vitamin D-nin qəbulu üçün əks-göstəriş sayılmır.
3. Uşağın qulağında ağrı var
- Otit çox ciddi xəstəlikdir və bu xəstəliyin diaqnozu müayinə zamanı təsdiqlənir. Həkimin məsləhəti olmadan uşağın qulağına hər hansı bir dərman və ya ana südünü tökmək və ya başqa müdaxilə etmək düzgün deyil.
4. Əllərinin içini yumayın, yuxusu qaçacaq
- Bu mifdir, həqiqətlə heç bir uyğunluğu yoxdur.
5. Uşağın timusu var
- Belə bir diaqnoz yoxdur. Timus immun sisteminin formalaşmağında böyük rol oynayır. Heç bir halda xırıltıya səbəb olmaz.
6. Uşaqda xırıltı var, bu hər hansı problemin simptomudur
- Uşaqda xırıltının səbəbi tənəffüs sisteminin anatomik funksional quruluşu ilə bağlıdır. Çox narahatlıq verdiyi halda duzlu su tərkibli damçılardan istifadə edilə bilər.
7. Uşağın üzündəki səpkilər
- Əmmə yastığı - yenidoğanlarda rast gəlinir,süd əmməklə əmələ gələ bilir.Üst dodaqda əmələ gələ bilir və uşaqlarda südü rahat əmmək üçün əmələ gəlir.
- Yenidoğulmuşlarda toksik eritem üzdə, qolda, gövdədə içi bəyaz maye ilə dolu kiçik səpkilərdir. Bunlar orqanizmi infeksiyaya qarşı qoruma məqsədi ilə əmələ gəlir və bir neçə həftə ərzində özü- özünə keçib gedir.
- Yağ vəzilərində böyümə yenidoğulmuş uşaqlarda yanaq, burun ətrafında tər vəzilərinin tıxanması nəticəsində əmələ gəlir. 6 ay içində keçib gedir.
- Milia - yenidoğulmuşlarda yanaqlarda , yumşaq damaqda kiçik inci formasında olan kistik törəmələrdir. Zamanla keçib gedir.
- Milarya - yenidoğulmuşlarda 1-2 həftə içində ,üz və gövdə nahiyəsində(alın və burun ətrafında daha çox) tər vəzilərinin daha çox görüldüyü nahiyələrində inci dənəsinə oxşar iynə başı böyüklüyündə rast gəlinir. Uşaq qalın bələndikdə, çox isti saxlandıqda bu səpkilər artacaq. Körpəni istidən (otaq temperaturu 20-22 C olmalıdır) və sıx-sıx bələməkdən qoruyun.
8. Uşağım doymur
- Əgər uşaq 2 həftə-1 ay ərzində lazımi çəkini yığıbsa, gündəlik 5-6 dəfə sidiklə dolu bez dəyişilirsə, onda onun yediyi tam olaraq inkişafı üçün yetir. Uşaq doyur.
9. Yaşıl nəcis
- Bu uşaqlarda qulaq ağrısının və ya stafilakokk infeksiyasından irəli gəlmir. Heç bir müalicə və müdaxiləyə ehtiyac yoxdur.
10. Uşağıma su verirem, içmir
- Uşaqda ana südü verilən zaman ilk 6 ay ərzində heç bir əlavə qidaya, suya ehtiyac yoxdur. Məcbur su içirtmək lazım deyil.
11. Uşağımın köpü var
- Bu uşaqlarda 4-6 aya qədər çəkir və"infantil kolik" adlanır. Zamanla ötüb keçir. Köpəleyhinə dərmanlar təyin oluna bilər.
12. Uşağım yatmır
- Əgər uşaqda hər hansı orqanında ciddi bir problem yoxdursa, ac deyilsə, altı temizdirsə, köpü yoxdursa onda bu konstitusional bir vəziyyətdir və uşağın rejimi ilə bağlıdır. Bəzi uşaqlarda gecə yuxusu zəif, gündüz yaxşı olur. Bunun üçün heç bir dərman təyin olunmur və zamanla bu problem özü-özündən həll olunur. Hal hazırda bunun üçün çox geniş istifadə olunan luminal, qluferal kimi dərmanların istifadəsi qəti qadağandır. Bu dərmanlar ciddi bir səbəb yoxdursa yuxu üçün uşağa verilməz.
13. Uşağın sarılığı var, şirin su (qlükoza), ödqovucu verək
- Yenidoğulmuşlarda fizioloji sarılıq 3-4 cü sutkasından başlayaraq 2 həftəyə qədər çəkə bilir. Bu zaman uşağı tez-tez döşə qoymaq lazımdır. Sarılığı artarsa, uşağın əmməyində, qida qəbulunda, sidik ifrazında azalma olarsa, onda həkimə müraciət etmək lazımdır. Lazım olduqda həkim fototerapiya və qan dəyişmə prosedurunu təyin edə bilər. Bu zaman uşağa hər hansı sistemlərin, ödqovucuların, şirin suyun verilməsinin əhəmiyyəti yoxdur.
14. Ana südünü əkdirmək
- Elə bir müayinə üsulu dünyanın heç bir yerində mövcud deyil. Ana südü əkilməz, mikrob çıxsa da ana südü kəsilməz.
 
Aktual.az
Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR