Yeni avtomobil zavodunun açılacağı vaxt məlum oldu

Yeni avtomobil zavodunun açılacağı vaxt məlum oldu

İran ilə Azərbaycanın birgə iqtisadi layihəsi olan Neftçala avtomobil zavodu cari ilin avqust ayında istifadəyə veriləcək.

Aktual.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda İranda nəşr olunan ingilis dilli "Iran Daily” qəzeti məlumat verib.

Qeyd olunub ki, zavodu İranın "İran Khodro” və Azərbaycanın "AzEuroCar LLC” şirkətləri birgə inşa edirlər. 

İldə 10 min avtomobil istehsal etmək gücünə malik olan zavodda İranın "Dena”, "Runna”, "Soren” və "Samand” markalı avtomobilləri istehsal ediləcək. Layihənin dəyəri 15 milyon dollar həcmindədir.

Avtomobillərin ehtiyat hissələri Azərbaycandakı zavodlarda istehsal ediləcək. İstehsal olunacaq avtomobillər MDB və Mərkəzi Asiya ölkələrinə ixrac ediləcək. Avtomobillər Avro-5 standartına uyğun istehsal ediləcək.

Xəbərdə o da bildirilib ki, son illər Azərbaycan ilə İran arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Belə ki, cari ilin yanvar ayında iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 15,77 milyon dollara çatıb. Ötən il isə bu rəqəm 9,56 milyon dollar həcmində olmuşdu. Ölkələr arasındakı ticarət dövriyyəsinin həcmi 70 faiz artıb.
 
Aktual.az 
Xəbər 206 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR