Yəməndə silahlı toqquşmalar nəticəsində 100-dən çox insan ölüb

Yəməndə silahlı toqquşmalar nəticəsində 100-dən çox insan ölüb
  • DÜNYA

Şənbə günü Yəmənin paytaxtı Sənada üsyançı husilərlə ölkənin sabiq prezidenti Əli Abdulla Salehin tərəfdarları arasında baş verən silahlı toqquşmalar nəticəsində 100-dən çox insan həyatını itirib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, husilər daha çox itki veriblər. Digər mənbələrdən bu məlumatı təsdiq və ya təkzib etdirmək mümkün deyil.
Tərəflər arasında iriçaplı pulemyotlar, mina və qumbaraatanlardan istifadə olunmaqla baş verən silahlı toqquşma çərşənbə günündən davam edir.
 
Aktual.az
Xəbər 230 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR