“Yaxın zamanlarda Avropa İttifaqının taleyi həll olunacaq”

“Yaxın zamanlarda Avropa İttifaqının taleyi həll olunacaq”

Yaxın zamanlarda Avropa İttifaqının gələcək taleyi həll olunacaq.

APA-nın xəbərinə görə, bunu "Spiegel”-ə müsahibəsində İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini bəyan edib.
"Bir il ərzində vahid Avropanın qalıb-qalmaması məsələsinə aydınlıq gətiriləcək”, deyə M.Salvini qeyd edib. Onun fikrincə, vəziyyət Aİ büdcəsinin müzakirəsi zamanı, eləcə də 2019-cu ildə Avropa Parlamentinə seçkilərdən əvvəl aydınlaşacaq.
Siyasi blok daxilində əlaqələrə toxunan M.Salvini Berlin və Roma arasında müxtəlif mövzularda ciddi ziddiyyətlərin olduğunu qeyd edib.
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR