Yataqxanada yanğın - 7 sakin xilas olundu, 17-si təxliyə edildi

Yataqxanada yanğın - 7 sakin xilas olundu, 17-si təxliyə edildi

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.
 
Aktual.az
-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
 
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
 
***
 
Mingəçevirdə yataqxanada yanğın baş verib.

 
Fövqəladə Hallar Nazirliyindən (FHN) Aktual.az-a verilən məlumata görə, hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb edilib.
 
İlkin məlumata əsasən, hadisə nəticəsində bina sakinləri təxliyə olunublar, tüstüdən zəhərlənənlər var.  Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR