Yaşlı qadını pula görə öldürüb, basdıran gəncin məhkəməsi başlayıb - (EKSKLÜZİV FOTO)

 Yaşlı qadını pula görə öldürüb, basdıran gəncin məhkəməsi başlayıb - (EKSKLÜZİV FOTO)

Вakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini İlham Aslanovun (1998-ci il təv.) CM-nin 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair hazırlıq prosesi keçirilib. 

Aktual.az xəbər verir ki, ittiham aktına əsasən, ötən il iyunun 29-da Quba RPŞ-nin əməkdaşları Amsar kənd sakini İlham Aslanovu saxlayıblar. O, izahatında həmin il martın 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girməsini, onu iplə boğaraq öldürüb, evdən 103 manat pul aparmasını göstərib. Bundan sonra onun göstərdiyi yerdə qazıntı işi aparılıb və mərhumun meyiti ekskumasiya edilib. 

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, dövlət ittihamçısı cinayət işində bəzi sənədlərlə tanış olmadığını bildirərək, məhkəmədən vaxt istəyib. 

Məhkəmənin hazırlıq iclası martın 15-də davam etdiriləcək. 




Xəbər 622 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR