Yaponlar xoşbəxtliyin yollarını necə tapdılar? - Qənirə Paşayeva yazır

Yaponlar xoşbəxtliyin yollarını necə tapdılar? - Qənirə Paşayeva yazır


("Qənirə Paşayeva ilə addım-addım Yaponiya”, 2-ci yazı)


Ümumdünya Qadın Sammitinin ilk günü tədbirlərdə iştirak və çıxışdan, müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətləri ilə görüşdən sonra qalan zamanı Yaponiyanı, bu əsrarəngiz ölkəni daha da yaxından tanımağa ayırırıq. Gəzimizə Tokio Stansiyası (Marunouchi) yaxınlığından başladıq. Bura Tokionun tam mərkəzidir. Stansiyanın təqribən 100 illik tarixi var. Ətrafda görüləcək ən önəmli şey isə İmperial Palace, yəni imperatorluq sarayıdır. Yamyaşıl bir parkın (Kitanomaru) içindədir. Həmin stansiyanın yanında Tokio Beynəlxalq Forumu adında bir bina yerləşir. Şüşə balığa bənzəyən bu inanılmaz memarlıq abidəsini mütləq görməlisiniz. Kitanomaru Parkından ayrıca bəhs etmək istəyirəm. Tokio xəritəsində tam ortada diqqət çəkən bu park Tokionun ən böyük parklarından biridir. 1590-cı ildə inşa edilən, Edo zamanında dünyanın ən böyük qalası olan İmperial Palace-a ev sahibliyi edir. Hal-hazırda yalnız iç divarları qalan qalada imperator ailəsinin iqamətgahı yerləşir. Onların yaşadıqları bölümə insanların girişinə yalnız yeni ildə və imperatorun doğum günündə izn verilir. Yaponiyada gəzdiyim ilk park olan Kitanomaru Parkı böyüklüyü, təmizliyi və sakitliyi ilə məni ilk anda ovsunladı. Şəhərin bütün qələbəlik küçələrinin, göydələnlərinin verdiyi hərəkətliliyin əksinə, sanki o dünyada ayrı bir sakitliyin hökm sürdüyü bu park Tokionun ən populyar piknik yerlərindən birinə sahib olmaqla yanaşı, yaz aylarında gilas çiçəklərinin ən gözəl göründüyü yerlərdən biridir.


Tokioda diqqətimi çəkən maraqlı məqam muzeylərin böyük parkın içində olmasıdır. Tokio Modern Sənət Muzeyi, Elm və Texnologiya Muzeyi və Əl Sənətləri qalareyası Kitanomaru Parkında yerləşir.


Tokionun bir başqa bölgəsi Asakusa gedərkən yol boyunca Mutlu Olmanın Yolları barədə Zen fəlsəfəsinin söylədikləri ətrafında fikir mübadiləsi apardıq dostlarla. Yaponiyalı sənət tənqidçisi və intellektual Okakura Kakuzonun dediyi kimi, "əgər görməyi seçərsək, qüsursuzluq hər yerdədir". Xoşbəxtliyin, hətta qusursuz və bütövlüklə xoşbəxt hiss etmənin ən önəmli açarlarından biri də onu çevrəmizdə görməyi istəməyimiz deyil, görməyi seçməyimizdir. Nəticədə xoşbəxtliyi axtarmaq insanlığın ən qədim dövrlərdən bu yana insan ağlına və qəlbinə damğasını vuran ən təsirli axtarışlardan biridir.


Hər kəsin xoşbəxtlik axtarışında öz fərqli bir üsulu var: kimsə iş, kimsə ev həyatında xoşbəxtliyi axtarır, kimsə sənətdə və musiqidə, kimsə uca Yaradana inanıb güvənməkdə, kimsə isə elmdə. Lakin xoşbəxtlik axtarışının üstün olduğu bütün bu sahələrdə insan özünü görməyi seçmədikcə, xoşbəxtliyi tapması çətindir. Zen fəlsəfəsində xoşbəxtlik nədir, «xoşbəxtliyə necə çatmaq olur» sualına cavab axtarılır və bir az da bundan bəhs etmək istəyirəm.

 

1.Ertələməyin!

Günümüzdə xoşbəxtlik çox vaxt insanın qarşısına qoyduğu hədəflərdən əldə etdiyi faydalar nəticədə özünü göstərsə də, fərqli həyatlar və fərqli hədəflər davamlı olaraq yenilərini doğurur. Yəni bir evi çox istədiniz, satın aldınız və xoşbəxt oldunuz, дərhal ardından özünüzə başqa hədəflər yaradıb, bir daha xoşbəxtliyinizi bu hədəfin gerçəkləşməsinə bağlayırsınız. Çünki döngü budur. Yoxsa əslində bumudur? Zen fəlsəfəsi xoşbəxtlik anlayışına bizim müasir dünyanın ödülcü perspektivi ilə yanaşmır. Zen fəlsəfəsi minimalist, göstərişsiz, qüsursuz xoşbəxtliyin varlığını görməyi seçərsək, xoşbəxtliyin hər yerdə olduğunu anlayacağımızı vurğulayır. Yəni «xoşbəxt olmaq üçün nə etməliyəm» deyə düşünürsəniz, Zen fəlsəfəsinə görə ilk addın onun ertələməməkdir. Xoşbəxt olmağı ertələməyin.


Xoşbəxt olmaq üçün Zen fəlsəfəsində xüsusi vurğulanan digər 7 maddəyə keçə bilmirik. Чцnki Asakusa çatırıq. Tokionun ən qədim qəsəbəsidir deyə bilərəm. Mən buranı çox sevirəm. Çox sakit bir məkandır. Yaşlı insanlar səhər yuxudan oyanıb idman edir, velosiped sürürlər. Asakusada görməli olduğunuz ilk yер Sensoji Məbədi olmalıdır. Eyni gün ərzində sakura rəqsini öyrənib, özəl libaslar geyinmək şansınız ola bilər. Burada bir saat gəzdikdən sonra Asakusa nindza ziyarət etmelisiniz. Daha sonra isə 634 metr uzunluğundakı Tokio Sky Tree-ni ziyarət edə bilərsiniz. 360 dərəcə bütün şəhəri görə biləcəyiniz bir qüllədir. Ayrıca Asahi Beer Hall adında abidəni də ziyarət edə bilərsiniz. Fransız bir sənətkarın 1989-cu ildə tikdiyi bu maraqlı binada axşam yeməyini yeyə bilərsiniz.
Bu gözəl bölgəni gəzib, paytaxt Tokionun digər bölgələrini görməyə tələsirik. Dostlarla birlikdə yol boyunca maraqlı müzakirələr bir başqa gözəl olur. Zen fəlsəfəsində mutlu olmanın digər maddələri ətrafında söhbətə başlayırıq.

Bu anda var olun
Bu dünyadaki biricik varlığınızı sabahlara ertələməyin. Gələcəkdə sizi nə qədər gözəl şeylərin gözlədiyini düşünmək və hər şeyi gələcəyə təxirə salmaq yerinə həyatı o anda necədirsə, elə təcrübədən çıxarmaг və gözəlliyini o əsnada qəbul edib mənimsəmək çox önəmlidir.
Huzura vaxt ayırın
Sürətli və çox zaman narahatlıqverici şəkildə sürətlə irəliləyən gündəlik həyatımızda bir dəqiqəlik dinclik və zehin rahatlığı üçün nələri vermərik! Yalnız qalın, özünüzü dinləyin, bir müddət televizora baxmayın... Həyatınızı sadələşdirin! Minimalizm Zen fəlsəfəsi üçün bu çox önəmli ünsürdür. Zen fəlsəfəsinə görə xoşbəxt olmaг üçün ən önəmli açarlardan biridir.
Söhbət o qədər maraqlı keçir ki, Tokioda ən maraqlı yerlərdən biri olan Akihabara gəlib çatdığımızın fərqində belə olmuruq. Elektronik dünyanın qəlbi burda atır. Nəhəng binalar elektronik alış-veriş mərkəzlərinə çevrilmişdir. Hər yerdə animasiyalı reklamların olduğu rəngarəng binalar, animasiya kostyumu geyinmiş qızlar var. Naid kafelər, kedi kafelər, Gundam kafelər, manga kafelərin bir çoxу bu bölgədə yerləşir. Elektronik alış-veriş üçün yol üstündə çox yer görə bilirsiniz. Yaponiyada sizи aldada biləcəklərinə görə narahat olmayın. Yaponlar bundan çox uzaq олан bir millətdir. Amma buna baxmayaraq bir şeyi satın almadan öncə qiymət müqayisəsini aparmağınız faydalı olacaqdır. Elelktronik мəhsullarla bağlı bir ehtiyacınız varsa, gələcəyiniz yeri bura olmalıdır. Eyni zamanda bazar kimi küçə kənarlarında qurulan yerlərdə də fərqli elektronik əşyalar tapa bilirsiniz. Bu maraqlı bölgəni gəzib, başqa bir bölgəyə yola düşürük və maşında mutlu olmağın yolları ilə bağlı Zen fəlsəfəsinin digər müddəaları ilə bağlı müzakirələrə qaldığımız yerdən başlayırıq.
Hayatınızı bəsitləşdirin
Zen fəlsəfəsi xoşbəxtliyin nəyi sevdiyinizi müəyyən etməyinizdən asılı olduğunu deyir. Gerçəkdən sevdiyinizi düşündüyünüz şeylərdən kənar hər şeyi həyatınızdan çıxarmağa çalışın. Həyatınızda edəcəyiniz bu təmizlik stressi və xaosu da azaldaraq xoşbəxt olmaq üçün ciddi bir fürsət yaradacaqdır.
Bununla bağlı dostlarla söhbətlərimizi Ueno Bölgəsinə çatınca dayandırıb bu gözəl bölgəni daha yaxından tanımağa çalışırıq.
Bu bölgədə gəziləcək çox yerlər var. Zamanınız varsa bir gününüzü tamamilə ayırmağınızı tövsiyə edirəm. Bizim isə belə imkanımız yox idi. Ona görə qısa zamanda daha çox yerləri görməyə çalışırıq. Buradakı Unoe parkı özü həddindən artıq böyük bir yerdir. Bu park Yaponiyanın ilk xalqa açıq parkı olaraq tanınır. Kitanomaru Parka görə daha kiçik, lakin daha hərəkətlidir. Bunun səbəbi parkın içində daha çox ziyarət edilən məbədlərin olması və balaca bir gölməçə Shinobazunun ətrafında küçə yeməkləri satan arabalarla dolu olmasıdır. Bu park 1873-cü ildə qurulmuşdur. Parkın içində Tokio Milli Muzeyi, Qərb İncəsənəti üzrə Milli Muzey, Tokio Metropoliatn İncəsənət Muzeyi və Milli Elm Muzeyi başda olmaqla önəmli muzeylər yerləşir. Bura insanlar həm piknik etmək, həm də gölməçədə dəniz velopsipedi ilə gəzmək, həm də muzeyləri gəzmək üçün gəlirlər. İçində heyvanat bağçası, muzeylər, velosiped sürmə və qaçış sahələri olan bу yer gəzməklə qurtarmır. Bura səhərdən gəlib Tokio Beynəlxalq Muzeyini ziyarətdən gəzintiyə başlaya bilərsiniz. Sıra ilə Elm muzeyi və digər muzeyləri də görə biləcəksiniz. Daha sonra Ueno zooparkına gedə bilərsiniz. Pandalar əsasən burdadır. Əgər yaz aylarında bura gəlsəniz, Ueno Koen parkında bönövşəyi və çəhrayı sakura ağaclarının ovsununa məruz qalacağınıza əminəm. Yayda daha çox yaşıla bürünmüş bir mənzərə ilə qarşılaşacaqsınız ki, mən bunu görдüm. Hesab edirəm ki, Yaponiya üçün ən gözəl vaxt aprel-may aylarıdır. Parkın içində Ueno Tosho-gu adında qızıldan tikilən bir məbəd görəcəksinis. Daha sonra 1631-ci ildə tikilmiş Kannon-Do adlı bir yer… Bu tikili heç bir zəlzələdən zərər görməyərək ayaqda qala bilmişdir. Uedo bölgəsində açıq bir bazar var. Бu bazar Yapon mədəniyyətini əks etdirən hədiyyəlik ala biləcək əşyalar satılan dükanlarla doludur. Ailə üzvləriniz və dostlarınız üçün xatirə qala biləcək hədiyyələr almadan dönməyin.
Tokio Milli Muzeyi: 1872-ci ildə qurulan bu muzey Yaponiyanın ən qədim beynəlxalq muzeyi olma özəlliyinə sahibdir. Muzey eyni həyətdəki beş fərqli memarlıq abidəsindən ibarətdir: Honkan (Yapon Qalareyası), Tōyōkan (Asiya Qalareyası), Hyōkeikan, Heiseikan, Hōryū-ji Hōmotsukan (Hōryū-ji Xəzinələr Qalareyası). Ana bina olan Honkandakı kolleksiyanı özəlliklə görmək lazımdır. Bu binaların hamısında эюрмяйяvərdiş etdiyimiz əsərlərindən əlavə çox maraqlı kolleksiyalar da var. Yapon filmlərində gördüyümüz uzun qılınclar və ənənəvi geyimlər onların gerçəkdə olmasına bir dəlil kimidir. Bu gözəl məkandan ayrılıb başqa yerləri də görməyə tələsirik. Çünki səhər Tokioda Dünya Qadın Zirvə Toplantısı davam edəcək və bu gözəl şəhərin digər maraqlı bölgələrini qarşıdakı 3 gün ərzində sadəcə iclaslardan sonra qalan qısa zaman ərzində gəzə biləcəyik. Maşında başlayırıq Zen fəlsəfəsində mutluluğun sirri ilə bağlı fikirlərin qaldığımız yerdən müzakirəsinə…
Qəbul etməyi öyrənin
Çevrənizdə baş verən hər şeyi qəbul etmək bəzən çox çətindir, özəlliklə deyişikliyə inanan idealist insanlardan birisinizsə. Ancaq Zen fəlsəfəsində xoşbəxtlik insanları və dünyanı olduqları kimi qəbul etməkdən keçir. Əlbəttə, ədalətsizlik və zalımlığı qəbul etməyin, ancaq sizə görə mükəmməl olmadığını düşündüyünüz hər şeyə və hər insana qarşı açıq bir qəlblə yaxınlaşın və qəbul edin. «Tam mənim həyat fəlsəfəm» - deyib başladığımız söhbətin qızğın yerində Shinjukuya çatırıq. Bu bölgə Tokionun ən önəmli ticarət mərkəzlərindən biridir. İlk qarşılaşılan şey sıra-sıra göydələnlər. Gündüz vaxtı 250.000 insanın çalışdığı, göydələnlərlə dolu qərbi Shinjukunun əksinə olaraq, şərqi Shinjuku Edo zamanının alışqanlıqlarından qalan barlar və əyləncə məkanları ilə doludur. Tokyonun Qırmızı Fənərlər Küçəsinə ev sahibliyi edən bu bölgənin ən məşhur hissəsi üç adamın ancaq yerləşəcəyi kiçiк barlarla dolu Golden Gai. Özəlliklə, şərqi Shinjukunun ara küçələrində yürüyərək həm gecə, həm də gündüz bu küçələrin sehrini kəşf etməlisiniz. Tokionun ən işlək bölgələrindən biridir. Sıra-sıra düzülmüş göydələnlər, iş adamları, gecə robot restoranı, başını binanın təpəsindən çıxarmış dinozavr ilə olduqca məşhur bir məkan. Eyni zamanda burda görməli olduğunuz Shinjuku parkı var. İçərisində gölməçələr və kiçik çaylar vardır. Yamyaşıl bir həyərdə yapon gəncləri ilə tanış олуб söhbət etmək, yaponları daha yaxşı tanımaq üçün əla bir yerdir. Yolunuz buralara düşsə, canlı caz musiqisi çalınan 40 illik bir məkan olan Shinjuku pit inn, robotların səhnədə olduğu inanılmaz atmosferi olan bir məkan -Robot Restoranı və Samuray mədəniyyəti ilə yaxından tanış ola biləcəyiniz Samuray Müzeyini görmədən dönməyin. Bu gözəl bölgəni ziyarəti başa vurub Shibuya yola düşürük və yenə də mutlu olmanın sirrləri ətrafında söhbətlərimizi davam etdiririk.
Təbiətdə vaxt keçirin!
"Hər gün bayıra çıxın və sizə dinclik, huzur verən, sakit bir məkanda yürüyün. Bir su axını, göl, dəniz və ya çay tapıb sahilində oturub suyun axmasını dinləyin. Təbiətdə keçirilən zaman xoşbəxtliyiniz üçün etdiyiniz ən dəyərli yatırımdır” - deyir Zen fəlsəfəsi. Bunu dəfələrlə həyata keçirən bir insan kimi bu fikrə qatılıram. Təbiət qədər insanа dinclik, huzun verən heç nə yoxdur.
Söhbətin şirin yerində "Tokio” deyildiyində ağla ilk gələn işıqlı və qələbəlik qovşaqların fotolarının çəkildiyi Shibuyaya çatırıq. Gerçəkdən də bu bölgəni görənə qədər Tokionun qələbəliyini gördüyünüzü düşünməyin. Qırmızı işıqda gözləyən və yaşıl yandığında hər bir yandan digər tərəfə keçən insanların düzən içindəki дурумуinanılmazdır. Shibuyanın bu məşhur ana qovşağını "Lost in Translation" kimi məşhur filmlərdə mütləq görmüsünüz. Bura məşhur qarşıdan-qarşıya keçmə olayının olduğu yerdir. Dünyanın ən qələbəlik qarşıdan-qarşıya keçməsi burda olur. Günün sıx saatlarında minlərlə insanın eyni anda qarşıdan-qarşıya keçdiyi bu qovşağın düzəninə səbəb yaponların sakit və sayğılı şəxsiyyətə malik olmasıdır məncə...
Bura eyni zamanda küçə modasının qəlbinin atdığı yerdir. Məsələn, burda maraqlı alış-veriş edə biləcəyiniz mağazalar yerləşir və bunlardan biri Fake Tokio adlı bir məkandır. Eyni zamanda burdaкы Tokio Hands kafesi dincəlmək və dinc halda bir şeylər içmək üçün olduqca gözəl bir alternativ olacaqdır.
Myth of Tomorrow (Sabahın mifi): Mural metro stansiyasının içinə meksikalı bir sənətçi tərəfindən çəkilmiş 30 metr uzunluğunda nəhəng bir sənət əsəridir. Hiroşimaya atılan atom bombasını təsvir edir. Buralara yolunuz düşsə baxmadan dönməyin.Məşhur Haçiko itinin hekəyəsinin gerçəkləşdiyi və heykəlinin olduğu yeri görmək üçün tələsirəm. Burada Tokioya gələn hər bir turustin görmək istədiyini bir yer də var. Hollivud ulduzu Haçikonun hekayəsini oxuduqca qəribə duyğular keçirəcəksiniz. Ona it deməyə diliniz gəlməyəcək, ona ancaq dost, yoldaş sifəti yaraşır. HAÇİKONUN HEKAYƏSİ 1924-cü ildə Tokio universitetində çalışan bir müəllimin bir itə sahiblənməsi ilə başlayır. Haçiko körpə ikən yapon bir professor onu tapmış və onunla bərabər yaşamağa başlamışdır. Professor universitetə dərs verməyə gedərkən hər səhər onu Shibuya qatar stansiyasına qədər müşayiət edər və təkrar evə dönərmiş. Daha sonra işdən dönmə saatını öyrənən Haçiko hər gün qatar stansiyasına gəlib ev sahibini qarşılar və onunla bərabər evə dönərmiş. Bir il belə davam etmiş. Bir gün professor universitetdə dərs deyərkən infarkt keçirir və vəfat edir. Haçiko isə bundan xəbərsiz onu gecə-gündüz qatar stansiyasında gözləməyə davam edir. Hər gün ordan keçənlər artıq onu tanıyırdılar; kimsə yemək gətirir, kimsə su qoyurmuş və onun yaşamasına dəstək olurмуш. Bu 9 il davam edir. 9 il sonra Haçiko ölür. Haçiko 12 yaşında, 1935-ci ildə sahibi gözləyən halda ölür. Yaponlar gördükləri bu sədaqətin simvolu olaraq Haçiko heykəlini ucaltmışlar. Hüzünlü və ümid dolu bu 9 illik gözlənti Shibuya xalqına çox təsir etmişdi və onun professorla olan bu münasibətinin sədaqətini əbədiləşdirmək üçün meydanda heykəlini ucatlmışlar. Daha sonra bir çox kino və sənədli filmlər bu mövzuda çəkilmişdir. Bu gün isə hər 8 martda heyvansevənlər bu heykəlin ətrafında görüşərək, onu anar və ətrafına çiçəklər qoyarlar. Shibuyanın digər bölgələrini bu hekayənin təsiri altında ziyarət edirik.
Dünyanın ən böyük dəniz məhsulları marketi Tsukiji Market burada yerləşir. Nəhəng bir yerdə dəniz məhsullarının qablaşdırılması, satışı həyata keçirilir. Burda ən məşhur olanı təbii ki, tuna balığının açıq artırma ilə satışıdır. Eyni zamanda bu marketin ətrafında çox sayda dəniz məhsullarını yeyə biləcəyiniz yeməkxanalar var. Suşini yeyə biləcəyiniz ən yaxşı yer burda yerləşir. Adı Daiwa Suşi. Yaponlar və tursitlər bu məsələdə həmfikirdirlər. Balaca bir məkan olan bu yerdə suşi yeyə bilmək üçün növbəyə keçib bir müddət gözləmək məcburiyyətindəsiniz. Suşimizi yeyib Roppongiyə tələsirik. Yol bolu Zen fəlsəfəsində mutlu olmanın digər sirlərindən biri haqqında mediatasiyadan danışırıq.
Meditasiya edin!
Meditasiya üçün hər zaman bir kursa yazılmanız, ya da matınıza oturmağınız gərəkməz. Meditasiyan ən sadə halıyla nəfəsə fokuslanmaqdır. Bu an bulunduğunuz yerdə gözlərinizi bağlayıb, nəfəsinizə fokuslanın və düşüncələrin sərbəstcə salınmasına izn verin.

Dədələrimiz demiş, söhbətlə yola nərdivan salırıq və Roppongiyə nə zaman çatdığımızın fərqində belə olmuruq. Roppongi Tokio Qüllərinə çox yaxın yerdədir. Roppongi Hillin içindəki alış-veriş mərkəzini ziyarət etmədən yer üzündə sübh azanının oxunduğu ilk yer олан Tokio məscidinə tələsirik. Japonyanın ilk məscidi 1900-cü illərdə Rusiyada bolşevik inqilabından sonra bu ölkəyə gələn tatar türklərinin tikdiyi bir məsciddir. Daha sonralar bu məscid müxtəlif millətlər tərəfindən uzun illər istifadə edilmişdir. 1986-cı ildə məscid binası köhnəldiyi üçün təkrar məscid tikmək üçün Yaponiya hökuməti addımlar atır. Məscidin tarixi tatar türkləri ilə bağlı olduğu üçün онун inşası Türkiyəyə verilir. Türkiyə bu məscidin inşası üçün ona verilən bu yer üçün 1998-ci ildə Tokio Diyanət işləri vəqfini qurur və bir çox millətdən yardım alaraq bu məscidi inşa etdirir. Gerçəkdən də çox gözəl və tərtəmiz bir məsciddir, içəri girər-girməz dincliyi, huzuru hiss edirsiniz. Gündə orta hesabla 100 yapon məscidi ziyarət edir. İçəri girdikləri zaman Subaraşine! - yəni «mükəmməl» deyə bir ifadə işlədirmişlər. Hazırda məsciddə bir çox türk çalışır. Həftə sonları türk dilində dərslər, Quran kursları keçirilir. Hər ay 7-8 insanın müsəlman olduğunu məscidin hocası söylədi. Hər cümə namazı sonunda türk yeməkləri bişirilərək paylanılan bu məscid Türkiyəni, müsəlmanlığı, İslamı çox gözəl tanıdır. Bu gün Tokioda gəzilməsi gərək olan yerlər siyahısında ilk 10-luqda göstərilir. Bu məscidin hər şeyi - daşından torpağına qədər - Türkiyədən gətirilmişdir. Dualarımızı oxuyub elə huzur dolu bu camidə Zen fəlsəfəsində mutluluğun sirri olaraq göstərilən ana maddələrdən biri - şükranlıqla bağlı danışırıq və dinimizdə bu məsələnin çox gözəl öz əksini tapdığını müzakirə edirik. Huzur dolu bir axşamda içimiz huzur dolu idi.
Şükranlıq duyun
"Şükranlıq duymağı öyrənmək xoşbəxtliyi sizə doğru çağıran bir şeydir. Həyatınızı zənginləşdirən adamların varlğı üçün şükranlıq duyun. Əlinizdə olanları sevin!”-Zen fəlsəfəsi də belə deyir. Nə qədər gerçək və nə qədər də hikmətli...
Otelə dönürük. Gecə o qədər gözəl ki pəncərədən bütün göyüzünə səpələmiş ulduzları seyr etmək insana qəribə bir huzur verir. Sanki 26 yaşında həyatdan köçmüş, çox sevdiyim şairlərdən Kaneko Mizusu öz şeiriни pıçıldayırdı. Yıldızlar və Karahindiba çiçəyindən danışırdı sanki... Türkcə tərcüməsini oxumuş ve heyran olmuşdum. Əminəm, orijinalı daha da gözəl...
Sonsuz mavi gökyüzünde,
Denizdeki küçücük çakıl taşı gibi,
Gece karanlığı çökünce,
Göze görülen yıldızlar,
Gün işığında
Göze görünmez olurlar.
Onları göremeyiz ama,
Ama hala oradadırlar
Görünmeyen yıldızlar,
Hala oradadır.

Bir karahindiba çiçeği
Sonu gelmiş
Oraya buraya saçılan tohumları
Damadakı kiremitler arasında gizlenmiş.
Baharın gelmesini bekliyor,
Küvvetli kökleri ile,
Göze görünmüyorlar, ama oradalar,
Gün doğunca görünmez olan,
Yıldızlar gibi
Göze görünmüyorlar,
Ama hala oradalar.

(Ardı var)

QənirəPaşayeva

Millət vəkili,Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun üzvü

 

Xəbər 3579 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR