Yaponiyanın şərqində 5,9 bal gücündə zəlzələ olub

Yaponiyanın şərqində 5,9 bal gücündə zəlzələ olub
  • DÜNYA

Yaponiyanın şərqində, Fukuşima prefekturası sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Aktual.az "AZƏRTAC”a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyindən verilən məlumata görə, yeraltı təkanlar əsasən, 2011-ci ilin martında atom elektrik stansiyasında qəzanın baş verdiyi Fukuşima prefekturasında qeydə alınıb. Zəlzələ paytaxt Tokioda 2 bal gücündə hiss olunub.
Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri dənizdə, ocağı 50 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Aktual.az
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR