Yaponiyada rekord istilər müşahidə olunur

Yaponiyada rekord istilər müşahidə olunur

Yaponiyada rekord istilər müşahidə olunur.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxt Tokio yaxınlığında havanın temperaturu 41,1 dərəcəyə çatıb.
Ölkənin Meteorologiya İdarəsindən bu gün rekord temperatur göstəricisinin Saitama prefekturasındakı Kumaqaya şəhərində qeyd alındığını bildiriblər.
Dövlət qurumları anomal istilərlə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.
Qeyd edək ki, iki gün əvvəl Yaponiyada günvurmada azı 11 nəfər ölüb.
Xatırladaq ki, Yaponiyada bundan əvvəl ən yüksək temperatur 2013-cü il avqustun 12-də Koti prefektirasının Simanto bölgəsində qeydə alınıb. Həmin vaxt havanın temperaturu 41 dərəcə olub.
 
Aktual.az
Xəbər 234 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR