APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xilasedici əməliyyatlara 75 min nəfər cəlb edilib.

Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından "Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib. Ölkənin bir sıra bölgəsinə qısa müddət ərzində 1000 mm-dən çox yağıntı düşüb. Leysan yağışlar çayların məcrasından çıxması və torpaq sürüşmələrinə səbəb olub.

Qeyd edək ki, bu, daşqınlar nəticəsində ölüm halların görə Yaponiya tarixində ikinci ən irimiqyaslı təbii fəlakətdir. 1953-cü ildə Küsü adasında baş verən daşqınlar nəticəsində 759 nəfər ölmüş, 450 min insan evsiz qalmışdır.