Yaponiyada ölənlərin sayı 225-ə çatdı

Yaponiyada ölənlərin sayı 225-ə çatdı

Yaponiyanın cənub-qərb və mərkəzi rayonlarında daşqınlar nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb, 14 nəfər isə itkin düşmüş sayılır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, təxliyə məntəqələrində hələdə 4,5 min insan qalır.
Məlumata görə, təbii fəlakət 36 prefekturaya ümumilikdə 697 milyon dollara yaxın zərər vurub.
Qeyd edək ki, iyulun ilk həftəsi Yaponiyanın cənub-qərb və mərkəzi hissəsində güclü leysan yağışları yağıb. Yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Bəzi çaylarda suyun səviyyəsi qalxaraq xeyli ərazini su altında qoyub.
 
Aktual.az 
Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR