Yaponiyada 40 aviareys təxirə salındı

Yaponiyada 40 aviareys təxirə salındı
  • DÜNYA

Yaponiyanın şimal və mərkəzi regionlarına yağan güclü qar şənbə günü ən azı 40 daxili aviareysin təxirə salınmasına gətirib çıxarıb.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Əsasən, Yapon dənizi sahilində yerləşən Niiqatı və digər şəhərlərdən reyslər təxirə salınıb. Bol qar səbəbindən yerli hava limanı rəhbərliyi təmizlənməsi üçün uçma-enmə zolağının müvəqqəti bağlanması barədə qərar qəbul edib.

Güclü qar Naqoya və Osaka şəhərləri arasında işləyən "sinkansen” sürətli ekspress qatarlarının gecikməsinə də səbəb olub.
 
Aktual.az 
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR