Yaponiya və ABŞ Şimali Koreyaya qarşı təzyiqləri gücləndirəcəklər

Yaponiya və ABŞ Şimali Koreyaya qarşı təzyiqləri gücləndirəcəklər

Yaponiya və ABŞ-ın xarici işlər idarələrinin rəhbərləri Şimali Koreyanın son raket sınağı ilə bağlı telefon vasitəsilə müzakirələr aparıblar

 Kyodo agentliyinin yaydığı məlumatda bildirilir ki, müzakirələr zamanı Pxenyana təzyiqi artırmaq üçün BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə əlaqədar yeni, daha sərt qətnaməsinin qəbuluna çalışmaq barədə razılıq əldə edilib.

Bundan əlavə, Yaponiyanın xarici işlər naziri Fumio Kişida və ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan ediblər ki, Cənubi Koreya ilə birlikdə Şimali Koreyanın təxribatçı hərəkətlərinə qarşı əməkdaşlığı gücləndirəcəklər.

Xatırladaq ki, Şimali Koreyanın mərkəzi teleqraf agentliyinin yaydığı məlumata görə, KXDR şənbə günü ikinci dəfə "Xvason-14” qitələrarası ballistik raketin uğurlu sınağını keçirib.

Raket Yapon dənizində Hokkaydo adası istiqamətində atılıb(azərtac).
 
Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR